1. Sual: Təqvimlər və Ramazan imsaqiyyələri niyə fərqlidir, niyə hamısı eyni deyildir?
CAVAB:
1983-cü ildən əvvəl bütün Təqvimlərdə namaz vaxtları həmişə eyni idi. Lakin 1983-cü ildə tək başına namaz və oruc vaxtları dəyişdirilmişdir. 1982-ci il və daha əvvəlki təqvimlərdən hər hansı birinə baxılırsa baxılsın, bütün təqvimlərdə doğru imsaq və namaz vaxtları verilərkən, ilk dəfə 1983-cü ildən etibarən doğru vaxtlara aid hesab üsul və qaydalara riayət edilməmişdir.
Təqvimlər arasındakı fərqliliklərin səbəbi ikidir:
Birincisi:
Elmi, astronomik zərurətinə əsasən vaxtların hesabına mütləq daxil edilməsini zəruri edən Təmkin müddətinin bəzi vaxtlardan təmamilə qaldırılması, bəzi vaxtlarda da azaldılaraq istifadə edilməsidir.
İkincisi:
İmsaq vaxtı hesablamalarında günəşin üfüq xəttinin altındakı yüksəklik dərəcəsi olan irtifanın (yüksəklik) -19 dərəcədən -18 dərəcəyə gətirilərək günəşin üfqə yaxınlaşdırılmasıdır.
İmsaq vaxtında günəşin irtifası (Üfüqün altındakı yüksəklik dərəcəsi).
Aşağıdakı açıqlamalar Türkiyə kimi ilin hər günü hər vaxtın təşəkkül etdiyi yerlərlə əlaqədardır.
1982 il daxil bütün Müəslmanlar əsrlər boyunca namazlarını bu şəri vaxtlarında qılmaışılar və oruclarını bu şəri vaxtlarında başlamışlar. İndi isə hər müsəlmanın bu icmayı-müslimindən ayrılmaması lazımdır.
Din işlərinə İslam alimlərinin və islam astronomisi mütəxəssislərinin təsdiq etdiyi oruc və namaz vaxtlarından istifadə edilməsidir.
Təsdiq edilən bu vaxtlar üçün 1926 ilindəki Təqvimi-Ziyada deyilir ki: "Adı çəkilən bu təqvim Dəyanət işləri Rəyasət Heyəti Müşavirəsi tərəfindən tədqiq edilib rəyasəti-cəlilənin təsdiqi ilə tab edilmişdir".
Oruc və namaz vaxtlarını Osmanlı alimlərinin ən yüksək məqamı olan "Məşihatı-İslamiyyə"nin hazırladığı 1334 [miladi 1916] ilinin "Elmiyyə Səlnaməsi" adındakı təqvimdən və İstanbul Üniversiteti Qəndilli Rəssədxanasının 1958 tarixli və 14 saylı "Türkiyəyə məxsus Evkatı Şəriyyə" kitabından götürülüb dərc edilən doğru təqvimlərə riayət edilməlidir.
1982 və daha əvvəlki illərdə təqvimlərdə bildirilən imsaq vaxtları üçün tətbiq edilən və -19 dərəcə olan günəşin üfüq xəttinin yüksəklik ölçüsü 1983 ilindən etibarən bəzi təqvimlərdə islam alimləri və islam astronomi mütəxəssislərinin ittifaqla bildirdikləri bəyazlığın şərqdəki üfüq xəttində bir nöqtə halında görülməsi şəklində deyil, Avropalıların bəyazlığın üfüqdə yayılması şəklində bildirdikləri fəcr vaxtına aid olan irtifa "-18" dərəcə alınmışdır. Bunun nəticəsində həm Günəşin üfqün altındakı yüksəkliyini, "-18" dərəcə almaqla və həm də təmkin müddətini də qaldırmaqla imsaq vaxtında təxmini olaraq (Türkiyə kimi ərz dərəcəsi 36-42 dərəcə arasında qalan yerlərdə) 15-20 dəqiqəyə çatan fərqlər ortaya çıxmışdır. Yəni, oruca Türkiyədə gerçək imsaq vaxtından təqribən 15-20 dəqiqə sonra başlanmaqda, 15-20 dəqiqə daha yemə və içməyə davam edilməklə və tutulan oruclar da batil olmaqdadır. Belə vaxtlara riayət edilərək tutulan oruclar batil olduğundan qəza edilmələri lazımdır.
İslam asronomiya alimi Əhməd Ziya Bəy (vəfatı hicri 1355-ci il) imsaq haqqında "Rubi-dairənin surəti istimali" kitabında deyilir ki, "Avropalılar fəcri-sadiqin başlaması olaraq üfüq üzərində bəyazlığın təmamən yayıldığı vaxtı hesab edirlər. Bunun üçün fəcr hesablarında günəşin irtifa-ını -18 dərəcə alırlar. Biz isə üfüq üzərində bəyazlığın ilk görüldüyü vaxtı hesab edirik. Bunun üçün də şəmsin (Günəşin) irtifa-ının -19 dərəcə olduğu vaxtı tapırıq. Çünki islam alimləri imsaq vaxtının bəyazlığın üfqü-zahiri yayıldığı vaxt deyil, BƏYAZLIĞIN ÜFÜQ ÜZƏRİNDƏ İLK GÖRÜLDÜYÜ VAXT olduğunu bildirdilər.
Yəni günəş üfqü-zahiri (görünən üfüq) xəttinə 19 dərəcə yaxınlaşınca imsaq vaxtı başlar. Fətva da belədir. Müctəhid olmayanların bu fətvanı dəyişdirməyə haqları yoxdur. Fətvaya uyğun olmayan ibadətlər səhih olmaz.
İslam alimləri əsrlərdən bəri fəcr irtifa-ının -19 dərəcə olduğunu anlamışlar, diğər rəqəmlərin doğru olmadığını bildirmişlər. Avropalılar bəyazlığın yayılmasına fəcr deyir. Bu fəcrin irtifa-ı -18 dərəcədir, deyirlər. Müsəlmanların din işlərində xristiyanlara və məzhəbsizlərə deyil, islam alimlərinə tabe olması lazımdır.
Yanlış vaxt bildirən təqvimlərdə və saytlarda sadəcə təmkin fərqi deyil, imsaq vaxtlarının hesabında günəşin üfqün altındakı ölçüsü də yuxarıda bildirildiyi kimi heç bir əsas dayanmayaraq -19 dərəcədən -18 dərəcəyə çevrilərək günəş üfqə doğru yaxınlaşdırılmışdır.
Onsuzda İstanbul Üniversiteti Qəndilli Rəsədxanasının 08.07.1992-ci il tarixli, 1354 yazısı ilə imsaq və yatsı vaxtlarında günəşin üfqün altındakı dərəcələrinin və təmkin müddətinin 1400 ildən bəri tətbiq edildiyi, yəni İşa (Şəfəq) üçün üfüqün altında -17 dərəcə, imsaq (Fəcr) üçün isə -19 dərəcə şəklində olması və təmkin müddəti ilə bağlı olaraq da "Hesablamalara görə miqdar (təmkin) bəlli bir rəsəd yeri üçün müxtəlif tarixlərdə 8-10 dəqiqə arasında olmaqdadır. Bu baxımdan ümumi olaraq təmkin miqdarının 10 dəqiqə alınması və bunun zöhrdən öncəki vaxtlardan çıxarılması, zöhrdən sonrakı vaxtlara isə əlavə edilməsi adət halını almışdır" deyə bildirərək qeyd edilmişdir.
İslam astronomiya mütəxəssisi olan Əhməd ziya bəyin Miladi 1926 Qəməri 1344 və şəmsi 1305 tarixli "Təqvimi-Ziya" cib təqviminin ilk və son səhifələrində, "Dəyanət işləri rəyasət hüyəti müşavirəsi tərəfindən tədqiq edilib və rəyasəti cəlilənin təsdiqi ilə tab edilmişdir" yazılıdır. Din işlərində islam alimlərinin və astronomiya mütəxəssisinin təsdiq etdiyi namaz vaxtlarını dəyişdirmək olmaz. Almalılı Hamdi Yazır, "Səbil-ürrəşad" məcmuasının 22-ci cildində bu xüsusda təfsilat vermişdir.
2. Sual: İbadətlərin qəbul olması üçün doğru vaxtlarda yerinə yetiriməsinin şərt olduğunu bilirik. Fərqli təqvimlər və Ramazan imsaqiyyələri qarşısında necə hərəkət etməliyik?
CAVAB:
Əlbəttə doğru olan vaxtlara riayət edilərək oruclarımızı tutmağımız və namazlarımızı qılmağımız lazımdır. Çünki doğru olduğunda heç tərəddüdə yer olmayan vaxtlardan əvvəl qılınan namaz səhih olmaz, həm də böyük günah olur. Belə ki, İbni Nüceym Zeyn-ül-Abidin "Kəbair və səqair" kitabında buyurur ki, "Fərz namazları [yanlış vaxtları verən təqvimlərə uyaraq] vaxtı girmədən Əvvəl qılmaq və vaxtı çıxdıqdan sonra qılmaq böyük günahdır"
İsimləri və əsərləri cildlərlə kitabları dolduran İslam astronomiya alimləri İslam alimlərinin nass (Qurani-kərim və hədisi-şərif) ilə bildirdikləri səma kürəsindəki namaz vaxtları ilə bağlı əlamətllərə uyğun sayısız rəsədlər incə və həssas hesablarla əldə etdikləri bilgilərin tamamını qiymətli əsərləriylə bizlərə miras olaraq buraxmışlar və əmanət vermişlərdir. Bu qiymətli kitablarında namaz və oruc vaxtlarının təyininə aid hesab üsulunu və qaydalarını bildirmişlərdir. Bu üsul və qaydalar əsrlərdən bəri istifadə edilmişdir. Tərəddüdə, şübhəyə düşüləcək heç bir xüsus buraxılmamışdır. Doğru vaxtları bildirən təqvimlərdə və internet saytlarında da bu bildirilən üsul və qaydalara görə namaz və oruc vaxtları hesab edilib təqdim edilmişdir.
Oruc və namaz vaxtlarının fərqli olması vəziyyətində doğru vaxtlara görə ibadətlərimizi yerinə yetirməyimizin lazım olduğu İslam alimlərinin buyurduqları şübhəsiz bir qayda və hökmdür. Doğru təkdir. Ölçüsü də İslam alimlərinin buyurduqları üsul və qaydalardır. Bu üsul və qaydalara uyğun hesabların edilməsi nəticəsində eyni nəticələrin çıxacağı da elmi bir həqiqətdir. Onlara birə-bir tabe olaraq və şərh vermədən edilən tətbiqlərin doğru olacağı bəzi doğru bilgiləri bildirərək bu bildirilənlərə tərs, şəxsi görüş, şərh, düşüncə və qənaətlərlə ediləcək tətbiqlərin isə yanlış olacağı aşkardır.
Namazın səhih olması üçün həm vaxtında qılmaq və həm də vaxtında qıldığını bilmək, şübhə etməmək lazımdır və fərzdir. İbni Abidinin "Rədd-ül-muxtar"ının Mətbəyi-əmirə hicri 1307-ci nəşrinin, 342-ci səhifəsində və bunun Əhməd Davudoğlu tərcüməsinin 2-ci cildinin 40-cı səhifəsində və "Fəth-ul-qədir"də fiqh qaydası yazılıdır: "Namazın səhih olması üçün vaxtı girdikdən sonra qılınması və vaxtında qıldığını bilmək şərtdir. Vaxtın girdiyindən şübhə edərək qılıb sonra vaxtında qılmış olduğunu anlasa, bu namaz səhih olmaz. İbni Abidin bunu qeyd edərkən, "Nur-ul-izah və digər kitablarda da belə deyilmişdir. Əl-Əşbahın niyyət bəhsində də belə deyilmişdir" deyə yazmışdır. Ayrıca Şafii "Əl-Ənvər" və Maliki "Əl-Müqəddəmətül-izziyyə" şərhində və "Mizan-ül-kübra"da da belə yazılıdır.
İnternetdəki saytlarımızda və müxtəlif dillərdə təqdim etdiyimiz Türkiyə Təqvimimizdə nəşr etdiyimiz bütün namaz vaxtları dörd haqq məzhəbin namaz vaxtlarıdır.
a. Hənəfi məzhəbi ilə diğər üç Haqq məzhəb arasında sadəcə əsr və işa vaxtlarında fərqlilik vardır. Bu fərqlilik də sadəcə İmam Əzam (rahmətullahi aleyh) həzrətlərinin ictihadı səbəbi ilədir. İmam Əzam (rahmətullahi aleyh) həzrətləri əsr və işa vaxtları üçün əsr vaxt olan Əsri-sani və İşayı-sanidə qılınmalarına ictihad buyurmuşdur. Zöhr vaxtı əsri-əvvələ qədər, yəni boyunun iki misli uzanana qədər davam edər. Birincisi, iki imama və digər üç məzhəbə görə, ikincisi İmam Əzama görədir. Nəşr etdiyimiz vaxtların tamamı birincisinə görə, yəni iki imama və digər üç məzhəbə görə hesab edilib nəşr olunduğundan 4 haqq məzhəbin vaxtlarıdır.
b. "İşa namazının vaxtı" İmameynə görə işayı-əvvəldən, yəni qərbdəki zahiri üfüq (görünən üfüq) xətti üzərində qırmızılıq yox olduqdan sonra başlayar. İmam Əzama görə İşayı-sanidən, yəni üfqi-zahiri (görünən üfüq) xətti üzərində bəyazlıq yox olduqdan sonra başlayar.
c. Yenə Hənəfi məzhəbinin imamları olan İmam Əbu Yüsif və İmam Mühamməd həzrətləri əsr və işa vaxtları daxil digər üç məzhəblə eyni vaxtları bildirdiklərindən biz də bütün namaz vaxtları hesablarımızda Hənəfi məzhəbinin bu iki imamının bildirdiyi vaxtları hesab etdiyimizdən dörd məzhəbə uyğun olan vaxtları bildirməkdəyik.
d. Yəni, istər internetdəki www.namazvakti.com ilə www.turktakvim.com saytlarında və istərsə də Türkiyə Təqvimindəki bildirilən Vaxt Hesablama Heyəti İdarəsində hesablanaraq hazırlanan bütün namaz vaxtları dörd Haqq məzhəbin namaz vaxtlarıdır. Bu namaz vaxtlarını Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəblərinə mənsub olan bütün müsəlmanların hamısı istifadə etməlidir.
Fərqli imsaq və namaz vaxtları təqdim edən təqvim və sayt məsullarının qaynaqları əgər bizim bəhs etdiyimiz Əhli-sünnət alimlərinin və İslam astronomiya mütəxəssislərinin kitabları isə heç bir məsələ olmaz və namaz vaxtları da eynilə bir-birinə uyğun olar. Lakin, namaz vaxtları bir-birinə uyğun gəlmirsə və aralarında fərqliliklər varsa bunlardan sadəcə birinin doğru olduğu məlum olur. Biz bizim vaxtların doğru olduğunu, açıq və seçilmiş İslam alimləri ilə islam astronomiya amütəxəssislərinin adlarını və əsərlərini və bir qismində isə cild və səhifə nömrələrini də qeyd edə-edə bildiririk. Bu bilgilərin şəxsi düşüncə, qənaət. Fikir və şərhlərimizə görə özümüzdən etdiyimiz hesablar olmadığını, əsri-səadətdən bu günə qədər 1400 ildən çox bir zamanla ƏHLİ SÜNNƏT ALİMLƏRİNİN buyurduqlarını və İslam astronomiya alimlərinin əsərlərində bildirdikləri ÜSUL VƏ QAYDALARINI heç dəyişmədən EYNİLƏ tətbiq etməkdəyik. Bu alimlərin buyurduqlarına tabe olması nəticəsində fərqliliklər aradan qalxar və HAQDA BİRLİK əmələ gələr.
3. Sual Əhalinin qarşılaşdığı çətinliklər və ehtiyaclar nəzərə alınaraq vaxtlar dəyişdirilə bilərmi?
CAVAB:
Bəzi təqvimlərdə bölgələrdə yaşanan çətinliyi ortadan qaldırmaq və insanların ibadət həyatını asanlaşdırmaq məqsədilə, . . . asanlıq tətbiqinə . . . (Vaxt təşəkkül etdiyi halda) qərar vermişdir" deyilərək İslam Alimlərinin və İslam astronomiya mütəxəssislərinin heç bir əsərində bildirilməyən özlərini ortaya çıxardıqları tətbiqlərlə asanlaşdırma adı altında təşəkkül edən gerçək işa və imsaq vaxtları qaldırmaq surətilə Müsəlmanların namaz və oruc ibadətləri batil olur.
İbadətləri adətlərə uyğunlaşdırmaq, adətlərə görə dəyişdirmək olmaz. Adətləri islamiyyətə uyğunlaşdırmaq lazımdır, bu da çox asandır.
Necə ki, haramlar yaxşı niyyətlə işlənincə halal olur deyilə bilinmədiyi kimi, "... buralarda yaşayan işçi, tələbə, məmur, sahibkar və s. çeşidli məslək sahiblərinin qarşılaşdıqları çətinlikləri və ehtiyacları nəzərə alaraq..." deyilərək, bunun kimi insanlara asanlıq olması niyyətilə təşəkkül edən gerçək işa namazı ilə oruca başlama vaxtları ortadan qaldırıla bilinməz.
İbadətlərin səhih olub olmaması şərtlərinin mövcud olub olmamasına bağlıdır. Doğru vaxtlara riayət etmək həm oruc və həm də namaz ibadətlərinin şərtidir və fərzdir. Nassla da (Qurani-kərim və hədisi-şəriflərlə də) sabitdir. Namazları vaxtlarından əvvəl və sonra qılmaq haramdır. Vaxtından əvvəl və sonra edilən ibadətlər batil olur.
Avropa, ABŞ və başqa ölkələrdə təqdim edilən bəzi təqvimlərin başında qeyd edilən "AÇIQLAMA" bölümündə, "Uca Allah, "Şübhəsiz namaz vaxtlı olaraq fərz qılındı" buyurulmuşdur. (Nisə 4/103) deyilməkdə, "Bu səbəblə namazların vaxtlarından əvvəl qılınması caiz olmadığı kimi, vaxtından sonraya buraxılması da caiz deyildir" şəklindəki ifadələrlə, Nassı (Qurani-kərim və hədisi-şərifləri) əsas gətirərək vaxtından əvvəl və sonra namazların qılınmasının caiz olmadığını bildirmələrinə baxmayaraq tətbiq etdikləri Nass (Qurani-kərim və hədisi-şəriflər) ilə bildirilən bu hökümlərin tamamına tərsdir. Namaz və oruc ibadətinin səhhətinin şərtlərindən ən mühümü və fərz olan "vaxt şərti" ediən dəyişikliklərlə ortadan qaldırıldığı üçün səhih olmaz. "Dürər-ül-hükkam" şərhində deyilir ki, "Zamanın dəyişməsi ilə adət və ənənələrə söykənən əhkam dəyişə bilər. Nassa, dəlilə söykənən əhkam zamanla dəyişməz". Kəza "Məcəllə"nin 39-cu maddəsində və şərhində deyir ki, "Əhkam zamanla dəyişir. Adət və ənənələrə söykənən əhkam dəyişir. Nass ilə məlum olan əhkam zamanla dəyişməz". Namaz vaxtları Nass (Qurani-kərim və hədisi-şəriflər) il sabitdir. Onun üçün heç dəyişdirmək olmaz.
Dində məşəqqət yoxdur, asanlıq vardır kimi sözləri söyləyən şəxslər bir çox fərzləri tərk edirlər. Bu sözün doğrusu, "Allahu təala bütün əmrlərini etmək asandır, çətin bir ey əmr etməmişdir" deməkdir. Yoxsa imanı zəif olanların dediyi kimi nəfsə güc gələn şeyləri Allahu təala əfv edər. Hər kəs ona asan gələni etməlidir, O, rəhimdir, hamısını qəbul edər, demək deyildir.
Vaxtın təşəkkül etməsi vəziyyətində işa vaxtının gec, imsaqın tez olması səbəbilə çətinliklərin olması xüsuslarında İslam alimlərinin buyurduqları hökümlər ibadətlərin rahat, asan və kefinə görə dəyişdirməsini deyil, dindəki bildirilən asanlıqdan istifadə etmələri üçündür. Dində xərac, çətinlik yoxdur, deməyin mənası da budur. Yəni, Allahu təala asanlıq əmr etmişdir, deməkdir. Yoxsa hər kəs xoşuna gələn şeyləri etsin, nəfsinə çətin gələn şeyləri etməsin demək deyildir.
İnsanların işləri səbəbilə ibadətlərini yerinə yetirərkən qarşılaşdıqları çətinliklər ibadətlərin şanını və şərəfini çox artırır. Bunun kimi işlərdə çalışma, dincəlmə, yuxu və ev ehtiyaclarını qarşılama kimi həyat tərzləri saatlarla tənzim edilir. Bu tənzimdə namaz vaxtları əsas alınmalıdır. Bunu etmək həm asan və həm də aşağıda bildiriləcəyi üzrə çox qiymətlidir. Müsəlman ibadətlərini İslam alimlərinin buyurduqlarına görə etməklə mükəlləfdir.
Əhkamı-islamiyyəyə tabe olanlar lətif mücəvhər və qiymətli almazlar ilə məşğul olan mücəvhərçilər kimidir. Bunların işi az, qazancları çoxdur. Bəzən bir saatlıq işləri yüz minlərlə ilin qazancını hasil edər. Bunun səbəb odur ki, əhkamı-islamiyyəyə uyğun olan əməl Haqq təalanın məqbuludur, çox bəyənir.
TÜRKİYƏ TƏQVİMİ
VAXT HESABLAMA HEYƏTİ İDARƏSİ
e-ünvan: bilgi@turktakvim.com